featured-image-21307

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli zədələnib.

Msport.az-ın “Sportske” nəşrinə istinadən məlumatına görə, 26 yaşlı hücumçunun belində ağrılar var. Bu səbəbdən baş məşqçi Ante Çaçiç bugünkü məşqdə forvarda icazə verib.

Emreli zədəsini sağaltsa, ölkə çempionatının növbəti turunda “Lokomitva”ya qarşı oynaya biləcək.

Qeyd edək ki, Mahi Emreli ötən ilin fevralından Zaqreb “Dinamo”sunun formasını geyinir.

Bənzər xəbərlər