featured-image-2279

Zaqreb “Dinamo”sunun formasını geyinən millimizin üzvü Mahir Emrelinin çiyni çıxıb. Msport.az xəbər verir ki, bu barədə Zaqreb klubunun  təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlama verib.

69 yaşlı mütəxəssis bildirib ki, rəqiblə ikili mübarizədən sonra yerə yıxılan 25 yaşlı forvard problemi özü yoluna qoyub: “O, həkimlər meydana daxil olanadək çiynini yerinə salıb”.

Hətta Emreli həmin epizoddan sonra ayağa qalxaraq, oynamağa davam edib. Mahir 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 24 yaşlı futbolçu “Qoritsa”ya 1:0 qalib gəldikləri oyunda  zədələnib. Hücumçunun bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. O, artıq müalicəyə başlayıb.

Bənzər xəbərlər