featured-image-82964

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Tacikistanla yoldaşlıq oyununda zədələnməsi klubu “Rakuv”da narahatlıq doğurub.

Msport.az xəbər verir ki, “Rakuv” rəhbərliyi ən yaxşı formada olan hücumçusunun durumunu yaxından izləyir.

Klubun mətbuat katibi Damian Markovski forvardın zədəsinin nə yerdə olduğunun hələ müəyyənləşmədiyini bildirib. O, oyunçunun özü ilə müntəzəm əlaqədə olduqlarını və onun dizindən zədələndiyini təsdiqləyib. Lakin klub rəsmisi bunun bağlarla əlaqəli olmadığını deyib.

İndi Mahir Emrelinin millinin qarşıdakı matçlarda iştirakı sual altına düşüb. 29 yaşlı futbolçu komandamızın Tacikistanı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın ikinci hissəsində meydanda olub.

Bənzər xəbərlər