Mahir əvəzləndi, "Konyaspor" 2 qol vurdu
Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” Türkiyə Super Liqasında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, “yaşıl-ağlar” 27-ci turda səfərdə “Ümraniyespor”un qonağı olub.
Start heyətində meydana çıxan Mahir 67-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, həmyerlimiz ardıcıl 3-cü oyundur start heyətində şans əldə etsə də, fərqlənə bilmir. Onun yerinə Endri Çekici oyuna daxil olub.
Buna qədər, 62-ci dəqiqədə Kahraman Demirtaş topu öz qapısına göndərərək, meydan sahiblərini önə keçirib. 82-ci dəqiqədə Mame Diuf “Konyaspor”luları ümidləndirib. Lakin 7 dəqiqə sonra “Ümreniyespor” 2-ci qolu vurub -2:1. Sona qədər mübarizə aparan Konya təmsilçisi 90+7-ci dəqiqədə bərabərlik qolunu vura bilib – 2:2. Soner Dikmen rəqib qapısına yol tapıb.
“Konyaspor” 35 xalla 8-ci yeri tutur.
AYXAN