Mahir “Rakuv”da daha bir qol vurdu
Polşa çempionatında 2-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Rakuv” səfərdə “Şlyonsk”ın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Rakuv”un yeganə qolunu Mahir vurub.
Qeyd edək ki, M.Emreli əsas heyətdə yer alıb və 60-cı dəqiqədə hesabı açaraq komandasını hesabda irəli çıxarıb. O, matçın 73-cü dəqiqəsində Brusberqlə əvəzlənib.
Qeyd edək ki, bu, Mahir Emrelinin “Rakov”un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Malta təmsilçisi “Valletta” ilə debüt matçında da fərqlənib.







