featured-image-29057

“Konyaspor”un formasını geyinən Mahir Emrelinin evdə “Trabzonspor”a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın XXXII tur oyunundan əvvəl rəqib komandanın baş məşqçisi Nenad Byelitsa ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub.

Msport.az xəbər verir ki,  millimizin üzvünün xorvatiyalı mütəxəssislə səmimi münasibəti yerli azarkeşlərin marağına səbəb olub.

Məsələni araşdıran “yenihaberden.com” saytı Byelitsanın ölkəsinin “Osiyek” klubunun sükanı arxasında olarkən 26 yaşlı hücumçunu komandasında görmək istədiyini, hətta futbolçuya təklif göndərdiyini, amma razılıq əldə olunmadığını yazıb.

 

Bənzər xəbərlər