Mahmud Qurbanov "Kəpəz"ə qayıdır? - "Vallah, şayiədir"
“Səbail”in sabiq baş məşqçisi Mahmud Qurbanov “Kəpəz”in idman direktoru təyin olunacağı ilə bağlı məlumata münasibət bildirib.
Mütəxəssis Msport.az saytına açıqlamasında yayılan xəbərləri həqiqəti əks etdirmədiyini söyləyib:
“Boş şeydir. Bilmirəm, kim ortaya atıb. Amma şayiədir. Vallah, elə bir şey yoxdur. Yadınızdadırsa, məni “Kəpəz”ə də baş məşqçi göndərirdilər, amma başqası gəldi. Halbuki heç mənim xəbərim yox idi, heç kimlə danışmamışdım”.
Qeyd edək ki, Mahmud Qurbanov “Kəpəz”də baş məşqçi kimi də çalışıb. O, ötən mövsümün ikinci yarısında “Səbail”dən ayrılıb.







