featured-image-10839

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oynamadıq. Düzdü, qol vurduq. Amma çətin oyun idi. Bir xal qazandıq. Amma düşünürəm daha yaxşı çıxış edə bilərik.

Futbolçular birinci hissədə ağır hərəkət edirdilər. Fasilədə əvəzetmə edəsi olduq. Üç nəfəri əvəzlədik. Hücumda istədiyimizi ala bilmirik.
İrəlidə oynayan legionerlər hələ ki, gözlədiyimizi vermirlər. Düzdür, baxıb almışıq. Zakpa qol ötürməsi verdi. Amma hələ istədiyimizi vermirlər. Onlardan çox şey gözləyirik.

Birinci hissədə bizim sağ cinah zəif idi. Kardozonun hücuma qoşulmasını istədik. Onların sol cinahı çox gəlirdi.

Ola bilər bir hücumameyilli oyunçu götürək. Lakin bunlarla davam edəcəyik”.

Bənzər xəbərlər