featured-image-16612

“Səbail” rəhbərliyi baş məşqçi Mahmud Qurbanova qış fasiləsinə kimi vaxt verib.

Msport.az xəbər verir ki, 8 milyon büdcəyə malik “dənizçilər”in 7-ci yeri tutması və “Turan Tovuz”dan 5 xal geri qalması sponsorları ciddi narahat edir. Sadəcə baş məşqçi bir neçə dəfə rəhbər şəxsləri əmin edib ki, vaxta ehtiyacı var və komandanı böhrandan çıxaracaq. Son olaraq Qurbanovun qarşısına qış fasiləsinə kimi maksimum xal toplamaq vəzifəsi qoyulub.

Amma iş orasındadır ki, “Səbail”i fasiləyə kimi ağır oyunlar gözləyir. Xüsusən də qarşıdakı 3 turda. Bu həftə “Zirə”nin qonağı olacaq “dənizçilər”, 15-cü turda “Neftçi”, 16-da isə “Qəbələ” səfərinə yollanacaq.  Daha sonra Sumqayıta gedəcək  “Səbail” qış fasiləsi ərəfəsində son görüşünü doğma divarlar arasında “Qarabağ”a qarşı keçirəcək. Qurbanovun komandasının bu oyunlarda xal ehtiyatını  kifayət qədər artıracağı inandırıcı görünmür.

Bənzər xəbərlər