featured-image-17933

“Səbail” qış fasiləsində Mahmud Qurbanovla yollarını ayıracaq. Komandanın uğursuz çıxışı artıq rəhbərliyi də boğaza yığıb. “Dənizçilər” Premyer Liqada ardıcıl 6 oyundur ki, qələbə qazana bilmir. “Səbail”i qış fasiləsinə kimi “Qəbələ” və “Sumqayıt”la səfər, “Sabah”la ev oyunu gözləyir. Bu matçlarda da komandanın maksimum xal yığması inandırıcı görünmür.

Msport.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik artıq baş məşqçi postuna namizədlərlə danışıqlara başlayıb. Menecerlər tərəfindən təklif olunan mütəxəssislərdən biri  “Zenit”in əfsanəsi Aleksandr Kerjakovdur. Rusiya millisinin sabiq üzvü son olaraq “Nijni Novqorod” komandasını çalışdırıb. “Nijni Novqorod” onun rəhbərliyi altında 11-ci yeri tutaraq Rusiya Premyer Liqasında qalmaq vəzifəsinin öhdəsindən gəlmişdi.

40 yaşlı məşqçi bundan əvvəl Rusiyanın U-17 yığmasında və “Tom” klubunda işləyib.

“Səbail”in baş məşqçi postuna digər namizəd isə yerli mütəxəssisdir.  Milli komandada Canni de Byazinin köməkçisi olan Arif Əsədov paytaxt klubunun sükanı arxasına keçə bilər. Əvəllər “Neftçi” və “Sabah” klublarını və U-19-u çalışdırmış Əsədov 2019-cu ilin fevralından əsas yığmada işləyir. O, əvvəlcə Nikola Yurçeviçin, hazırda isə De Byazinin məşqçilər korpusunda yer alır.

 

 

 

Bənzər xəbərlər