featured-image-4634

Bir neçə gün öncə “Səbail”in baş məşqçisi təyin olunan Mahmud Qurbanovun köməkçiləri bəlli olub.

Klub hələ ki rəsmən məşqçilər korpusunu açıqlamasa da, Msport.az yeni çalışdırıcının kimlərlə işləyəcəyini öyrənə bilib.

“Neftçi-2″dən “Səbail”ə gələn  49 yaşlı mütəxəssisin birgə çalışacağı şəxslərdən biri ötənlərin məşhur hücumçusu Zaur Ramazanovdur. Bundan başqa, “Xəzər Lənkəran”, “Neftçi” kimi klublarda köməkçi məşqçi kimi işləmiş Tofiq Mustafayev də Qurbanovun yanında olacaq. “Professor” futbolçu karyerası zamanında həm Lənkəran təmsilçisində, həm də “ağ-qaralar”da Mustafayevlə birgə çalışıb.

“Səbail”in qapıçılarla işləyən məşqçisi isə Elşən Poladov olacaq. Sumqayıt futbolunun yetirməsi olan sabiq qolkiper “Neftçi-2″də Qurbanovun köməkçilərindən biri idi.

 

Bənzər xəbərlər