featured-image-32562

“Neftçi”də Emin Mahmudovla bağlı qeyri-müəyyənlik davam edir. Millimizin üzvü “ağ-qaralar”ın təklif etdiyi yeni müqaviləyə “hə” deməyə tələsmir.

Msport.az saytına daxil olan məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin Türkiyə Super Liqasından təkliflərinin olması onu düşünməyə vadar edir.

Paytaxt klubunun hələ də baş məşqçisiz olması da kapitanın qərar verməsinə təsir göstərir. Əslində Mahmudov “Neftçi”də qalmağın əleyhinə deyil. Amma o, daha konkret hədəfləri olan komandada oynamaq niyyətindədir.

Bununla belə, Eminin ən gec iki gün içində qərar verəcəyi gözlənilir. Növbəti həftənin əvvəlində yarımmüdafiəçinin karyerasına hansı klubda başlayacağı dəqiq bilinəcək.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir.

Bənzər xəbərlər