featured-image-79858

Əlcəzair yığmasının hücumçusu Riyad Mahrez millidəki karyerasını başa vurub.

Msport.az xəbər verir ki, 35 yaşlı forvard DÇ-2026-nın 1/16 final mərhələsində İsveçrəyə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra millidən getmək qərarına gəlib.

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun vingeri Əlcəzair millisində 2014-cü ildə debüt edib.

Qeyd edək ki, yığmanın heyətində keçirdiyi 119 matçda 40 qol vuran və 45 məhsuldar ötürmə edən R.Mahrez oyun sayına görə yalnız Aissa Mandidən (122 oyun), qol sayına görə ise İslam Slimanidən (46 qol) geri qalır.

Bənzər xəbərlər