featured-image-12601

“Qarabağ”ın futbolçusu Maksim Medvedev “Nant”la Avropa Liqasının qrup mərhələsinin oyununda komandasına kömək edə bilməyəcək.

Msport.az xəbər verir ki, bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib:

“Maksimin zədəsi ciddidir. “Frayburq”la oyundan əvvəl son məşqdə zədə aldı. Çox ciddi zədədir. Yəqin ki hardasa, bir aya yaxın komanda ilə olmayacaq, məşqlərdə iştirak etməyəcək.

Bədavi Hüseynova gəlincə isə, onda “Frayburq”la matçdan sonra ağrılar var idi. Dünən MRT müayinəsindən sonra cüzi narahatlığı oldu. Ona görə də risk etmədim və adını oyunun sifariş ərizəsinə salmadım.

Rahil Məmmədovda da əzələ problemi var. Tək mərkəz müdafiəçisi Bəhlul Mustafazadə idi. Ona görə də rotasiyalar elədik. Başqa çıxış yolumuz yox idi. Bəhlulu da çox yormaq istəmədim. Oyunun əvvəlindən belə planlaşdırmışdıq ki, o, 45 dəqiqə meydanda olacaq”. (CBC Sport)

Bənzər xəbərlər