Maksim, Qara, Almeyda, Bədavi - "Viktoriya Plzen"ə qarşı oynamış futbolçular
“Qarabağ” 2016-cı ildə Çempionlar Liqasının III təsnifat mərhələsində “Viktoriya Plzen”lə qarşılaşmış və iki oyunun nəticəsinə (0:0, 1:1) növbəti mərhələyə vəsiqə qazana bilməmişdi. Bəs 6 il öncə Çexiya təmsilçisi ilə matçda kimlər meydana çıxmışdı?
Msport.az xatırladır ki, Bakıdakı cavab görüşündə meydana çıxan heyətdən dörd futbolçu – Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda və Bədavi Hüseynov hazırda komandadır. Ağdam klubunun əsas qapıçısı olan Şahruddin Məhəmmədəliyev isə “Viktoriya Plzen”ə qarşı hər iki qarşılaşmada ehtiyatda qalmışdı.
Çexiya klubuna gəlincə isə, “Qarabağ”a qarşı oynamış futbolçulardan yalnız ikisi komandada qalıb. Lukas Hejda Bakıda komandasının növbəti mərhələyə vəsiqə qazanmasında xidmətləri olub. Yan Kopiç Çexiyadakı görüşdə sonradan meydana daxil olsa da, cavab matçında forma geyməyib.







