featured-image-79639

“Napoli” şotlandiyalı yarımmüdafiəçisi Skott Maktomineyin müqaviləsinin müddətini uzatmaq üçün hərəkətə keçib.

Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu yaxın həftələrdə klubun idman direktoru Covanni Manna və prezidenti Aurelio De Laurentis ilə görüşəcək.

Görüşdə oyunçunun 2028-ci ilin iyununda başa çatacaq müqaviləsinin müddətinin daha iki il uzadılması müzakirə olunacaq.

Qeyd edək ki, 2024-cü ilin avqustundan İtaliya komandasında çıxış edən Skott Maktominey 2025/2026 mövsümündə keçirdiyi 44 matçda 14 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər