"Mançester Siti" İngiltərə millisinin üzvünü transfer etdi - RƏSMİ
İngiltərəli mərkəz müdafiəçisi Mark Qehi “Mançester Siti” ilə müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, “şəhərlilər” 25 yaşlı futbolçunu “Kristal Pelas”dan transfer edib.
“Siti” İngiltərə millisinin üzvünə görə 23 ilyon avro ödəyəcək. Müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Müdafiəçi ötən yay 40 milyon avroya “Liverpul”a keçməyə yaxın olsa da, transfer sonda baş tutmamışdı.
“Çelsi”nin yetirməsi olan Qehi “Kristal Pelas”a 2021-ci ilin yayında keçib.







