“Mançester Siti” Mərakeş millisinin üzvünü istəyir
“Lill”in yarımmüdafiəçisi Ayyub Buaddi karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Msport.az xəbər verir ki, İngiltərə təmsilçisi Mərakeş millisinin üzvü olan 18 yaşlı futbolçunun transferi üçün fəal danışıqlar aparır.
“Lill” isə Buaddi üçün 100 milyon avro tələb edir.
Avropanın bəzi top-klubları futbolçunu transfer etdikdən sonra onu daha bir mövsüm “Lill”də icarədə saxlamağı planlaşdırsa da, “Mançester Siti” yarımmüdafiəçinin dərhal komandaya qoşulmasını istəyir. Mərakeşli futbolçu hazırda gələcəyini hansı klubda davam etdirəcəyinə dair yekun qərar verməyib.
O, 2025/26 mövsümündə bütün turnirlərdə 42 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.







