“Mançester Siti” milli üzvünü istəyir
“Mançester Siti” yayda “Nottingem Forest”də çıxış edən futbolçu Morqan Qibbs-Uaytı heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, Mançester təmsilçisi ötən il ingiltərəli oyunçunu almağa çalışsa da, istəyinə çatmayıb.
Morqan Qibbs-Uayt cari mövsüm 35 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı futbolçunun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.







