“Mançester Siti” müdafiəyə daha bir futbolçu aldı
“Mançester Siti” “Borussiya Dortmund”un müdafiəçisi Manuel Akandjinin transferini açıqlayıb.
Msport.az İngiltərə klubunun rəsmi saytıa istinafən xəbər verir ki, müqavilə 2027-ci ilin iyununa kimi nəzərdə tutulub. Transferin maliyyə detalları barədə məlumat verilmir. Ancaq insayder Fabritsio Romano “Siti”nin bu keçidə görə 17,5 milyon avro xərclədiyini yazıb.
Akandji 2021-2022-ci illər mövsümündə Dortmund klubunun heyətində 36 oyun keçirib və 1 qol vurub.







