featured-image-73483

“Mançester Siti”nin müdafiəçisi Camay Simpson-Pyuzi karyerasını Almaniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, 20 yaşlı futbolçu “Köln”ə keçib.

Klubun mətbuat xidmətinin məlumatına görə, “keçilər” onunla 2025/2026 mövsümünün sonuna qədər icarə müqaviləsi bağlayıb. Müdafiəçi cari mövsümə Şotlandiya təmsilçisi “Seltik”də başlayıb və orada cəmi iki rəsmi oyun keçirib.

Almaniya çempionatının 15 turundan sonra “Köln”ün 16 xalı var və turnir cədvəlində 11-ci yerdədir. Bundesliqanın növbəti oyununda “keçilər” “Haydenhaym”la qarşılaşacaq. Oyun 10 yanvarda keçiriləcək.

Bənzər xəbərlər