featured-image-79830

“Mançester Siti” “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqaya transfer təklifi edib.

Msport.az xəbər verir ki, ingilis klubu 23 yaşlı futbolçunun transferini nəzərdən keçirir.

“Mançester Siti” və “Real” yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar aparırlar. “Los Blancos”un baş məşqçisi Joze Mourinyo klubun yeni yarımmüdafiəçi və mərkəz müdafiəçisi ilə müqavilə imzalamasını istədiyi üçün Kamavinqanı satmağa hazırdır. Eduardonun son mövsümlərdəki çıxışı portuqaliyalı məşqçini qane etməyib.

Qeyd edək ki, Kamavinqa ötən mövsüm “Real”da bütün turnirlərdə 43 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər