featured-image-79652

“Mançester Siti” yeni baş məşqçisinin adını açıqlayıb.

Msport.az xəbər veirr ki, İngiltərə klubu Entso Mareska ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Mareska bu ilin yanvarında “Çelsi”dən ayrıldıqdan sonra azad agent idi. O, 2022-2023-cü illərdə “Siti”də Xosep Qvardiolanın köməkçilərindən olub. İtaliyalı mütəxəssis əvəllər klubun aşağı yaş qrupundan olan komandaları ilə də işləyib.

Qvardiolanın müqaviləsi 2027-ci ilə qədər olsa da, o, mövsüm başa çatdıqdan sonra klubdan ayrıldığını açıqlamışdı.

 

Bənzər xəbərlər