Ruben Amorimlə yollar ayrıldı - RƏSMİ
“Mançester Yunayted” baş məşqçisi Ruben Amorimlə yollarını ayırdığını rəsmən elan edib.
Msport.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, rəhbərlik komandanın Premyer Liqada 6-cı sırada yer almasından narazıdır və bu səbəbdən istəksiz olsalar da, dəyişiklik etmək qərarına gəliblər. Portuqaliyalı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib.
Qeyd edək ki, Ruben Amorim 2024-cü ilin noyabrında baş məşqçi təyin olunmuşdu.







