“Mançester Yunayted”in hədəfindəki danimarkalı
“Sportinq”in yarımmüdafiəçisi Morten Hulmand karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Mançester Yunayted” maraqlanır.
Yayda mümkün transferin dəyəri müqavilədə göstərilən 80 milyon avroluq sərbəstqalma bəndinə baxmayaraq, təxminən 50 milyon avro ola bilər.
Dayaq yarımmüdafiəçisi “qırmızı şeytanlar”ın növbəti pəncərədə mərkəz xəttini gücləndirmək üçün əsas namizədlərindən biridir.
Hulmand bu mövsüm bütün turnirlərdə 30 matça çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.







