featured-image-73778

“Mançester Yunayted” baş məşqçi vəzifəsi ilə bağlı qərarını verib.

Msport.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Maykl Karrikin təyinatı ilə bağlı prinsipial razılığa gəlib.

Karrik bu mövsümün sonuna qədər “qırmızı şeytanlar”a rəhbərlik edəcək. 42 yaşlı mütəxəssisin son iş yeri “Middlsbro” olub. O, bu klubdan 2025-ci ilin yayında ayrılıb. Karrik futbolçu kimi də uzun illər “Mançester Yunayted”in formasını geyinib və azarkeşlər arasında böyük nüfuza malikdir.

Qeyd edək ki, Maykl Karrik daha əvvəl “Mançester Yunayted”də Ole-Qunnar Sulşerin məşqçilər heyətində çalışıb. Norveçli mütəxəssisin istefasından sonra isə komandanı müvəqqəti baş məşqçi kimi idarə edib.

Bənzər xəbərlər