“Mançester Yunayted” onunla danışıqlara başladı
Ruben Amorimin istefasından sonra baş məşqçisiz qalan “Mançester Yunayted” Ule-Qunner Sulşerlə danışıb.
Msport.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Mənbənin sözlərinə görə, norveçli mütəxəssis “qırmızı şeytanlar”ı hətta mövsümün sonuna kimi olsa belə, çalışdırmağa razıdır. Sulşer yenidən “Mançeser Yunayted”də işləməyə hazırdır.
Qeyd edək ki, o, 2018-2021-ci illərdə “M.Y”-ya rəhbərlik edib.
İngiltərə klubu yanvarın 5-də Ruben Amorimin istefasını açıqlayıb.







