featured-image-73791

Maykl Kerrik “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə təyin edilib.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, yanvarın 5-də portuqaliyalı Ruben Amorim “Mançester Yunayted”in baş məşqçisi vəzifəsini tərk edib. Son iki oyunda şotlandiyalı Darren Fletçer baş məşqçi vəzifəsini icra edib. Onun rəhbərliyi altında komanda İngiltərə çempionatında “Börnli” ilə heç-heçə (2:2) edib və İngiltərə Kubokunda “Brayton”a məğlub olaraq (1:2) yarışdan kənarlaşıb.

Bənzər xəbərlər