featured-image-36041

Maqnus Karlsen Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub.

Msport.az xəbər verir ki, norveçli qrossmeyster karyerasında ilk dəfə bu titula yiyələnib.

Beşqat dünya çempionu finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazanıb. Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçəyə nail olaraq, qızıl medalı əldə edib.

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya Kubokunda 4-cü yeri tutub.

Bənzər xəbərlər