featured-image-37271

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Msport.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda almaniyalı Erik Tileyə tam üstünlüklə qalib gəlib. Onun finaldakı rəqibi Givi Maçaraşvili olacaq.

65 kiloqram çəkidə mübarizə aparan Hacı Əliyev və 59 kiloqramda yer alan qadın güləşçimiz Alyona Kolesnik isə 1/4 finalda məğlub olublar. Rəqiblər finala yüksəlsələr, təmsilçilərimiz təsəlliverici görüşlərə qatılmaq hüququ qazanacaqlar.

Qeyd edək ki, bu gün həmçinin Azərbaycanın sərbəst güləşçilərindən Osman Nurmaqomedov (92 kiloqram) final, Turan Bayramov (74 kiloqram) və Orxan Abasov (79 kiloqram) isə bürünc medal görüşünə çıxacaqlar.

Bənzər xəbərlər