"Marca" "Qəbələ"nin futbolçusundan yazdı - FOTO
İspaniyanın məşhur “Marka” qəzeti UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar” – “Qəbələ” oyununda (4:1) baş verənlərdən yazıb.
Msport.az xəbər verir ki, həmkarlarımız “Konfrans Liqqsında faciə: Məmmədov Kyaer libasında” adlı yazıda Asif Məmmədovun komanda yoldaşını xilas etməsini vurğulayıblar:
“Fehervar” – “Qəbələ” oyununda iki futbolçu arasında toqquşmadan sonra İlkin Qırtımov pis vəziyyətdə idi. Zərbə çox qüvvətli olduğundan “Qəbələ”nin futbolçusu yerə yıxıldı. Komanda yoldaşının yerdə huşsuz vəziyyətdə qaldığını və nəfəs ala bilmədiyini görən Asif Məmmədov tez müdaxilə etdi. O, Qırtımovun dilini çıxartmaq üçün əlindən gələni etdi və hirslə tibbi personalı meydana çağırdı. Həkimlər gələnə qədər o, komanda yoldaşının çənəsini buraxmır və son Avropa çempionatında Kyaerin Erikssen üçün etdiklərini təkrar edirdi. Nəticədə, Qırtımovu ölümdən qutardı.
Meydanı xərəkdə tərk edən “Qəbələ”nin futbolçusu stadiondan birbaşa klinikaya aparılır və tibbi müayinədən sonra məlum olur ki, onun həyatı üçün heç bir təhlükə yoxdur”.








