Marmuş “Tottenhem”lə anlaşdı
“Tottenhem” “Mançester Siti”nin hücumçusu Omar Marmuşla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Msport.az xəbər verir ki, klublar arasında danışıqlar hələ davam edir.
Tərəflərin yaxın vaxtlarda transferlə bağlı yekun razılığa gələcəyi gözlənilir. Marmuş ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib.
Misirli futbolçunun Mançester klubu ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.







