featured-image-83100

UEFA Millətlər Liqasının B Liqasının ikinci turu çərçivəsində Bosniya və Herseqovina yığması səfərdə Rumıniyanın qonağı olub.

Msport.az xəbər verir ki, matç qonaqların qələbəsi ilə başa çatıb – 4:2.

Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, 2 turdan sonra Bosniya və Herseqovina yığması 4 xalla qrupda ikinci yerdədir.

Bənzər xəbərlər