Mbappe Messini keçdi - Bombardirlik yarışında
DÇ-2026-da bombardirlik yarışında Fransa millisinin hücumçusu Kilian Mbappe liderliyə yüksəlib.
Msport.az xəbər verir ki, o, hesabında 6 qol və 2 assistlə FIFA-nın “Golden Boot” (Qızıl buts) siyahısına başçılıq edir.
Eyni sayda – 6 qola malik Argentina millisinin kapitanı Lionel Messi isə qol ötürməsi olmadığı üçün 2-ci pillədə qərarlaşıb. İlk “3-lüy”ü 5 qolla Norveç yığmasının hücumçusu Erlinq Haland tamamlayır.
- Kilian Mbappe (Fransa) – 6 qol, 2 assist
- Lionel Messi (Argentina) – 6 qol
- Erlinq Haland (Norveç) – 5 qol
- Usman Dembele (Fransa) – 4 qol, 2 assist
- Vinisius Junior (Braziliya) – 4 qol, 1 assist







