Mbappe zorlamada ittiham olundu
“Real”ın Fransa millisinin hücumçusu Kilian Mbappenin istirahət etdiyi Stokholm otelində axtarış aparılıb.
Msport.az xəbər verir ki, müəssisənin əməkdaşları artıq dindirilib.
Oktyabrın 14-də İsveç polisi Mbappenin həmin vaxt istirahət etdiyi oteldə baş verdiyi iddia edilən zorlama şikayəti ilə bağlı araşdırmaya başlayıb. Zərərçəkmiş bir qadın hadisədə fransız futbolçunu günahlandırıb.
Mbappenin özü isə insidentdə iştirakı ilə bağlı məlumatları təkzib edib. Onun vəkili futbolçunun böhtana görə şikayət edəcəyini bildirib.