featured-image-16314

Qarabağ”ın futbolçusu Kevin Medina Bakıda Almaniya “Frayburq”u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununun baş hakimi Aleksey Kulbakovun idarəçiliyini tənqid edib.

Msport.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə hesabında post paylaşan kolumbiyalı müdafiəçi əvvəlki dönəmlərdə yaşanan ədalətsizlikləri yada salıb.

2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsinin sonuncu tur oyununda Riçard Almeydanın Bakıda İtaliya “İnter”inin, ötən mövsüm Konfrans Liqasında Abdullah Zubirin “Bazel”in qapısına vurduğu təmiz qolun sayılmamasını xatırladan 29 yaşlı oyunçu bunları dünən Marko Yankoviçə qarşı qayda pozuntusundan sonra referinin penalti təyin etmədiyi epizodla əlaqələndirib.

Medina bu cür halların onların işini çətinləşdirdiyini bildirib. O, 2014-cü ildəki haqsızlıqla bağlı paylaşdığı foto “Feyr-pley haqqında bilməli olduğunuz hər şey” sözlərini yazıb.

Müdafiəçi Yankoviçin epizodu barədə “Dayanma, davam et” şərhini verib.

 

media-FgtMtN4XgAIFH2x

Bənzər xəbərlər