Məhəmməd Muradlı və Aydın Süleymanlı lider mövqeyində
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib.
Msport.az xəbər verir ki, çempionatın reytinq favoriti Aydın Süleymanlı Rüstəm Rüstəmovu məğlub edib.
Məhəmməd Muradlı Vüqar Manafovu, Misrətdin İsgəndərov isə Şiroğlan Talıbovdu mat edib. Süleyman Süleymanlı, Vüqar Manafov və Murad İbrahimli də turu qələbəylə başa vurub. Digər partiyalar heç-heçə yekunlaşıb.
Qeyd edək ki, 3 turdan sonra məğlub olmayan və 2,5 xal toplayan Məhəmməd Muradlı və Aydın Süleymanlı ilk pillələrdə qərarlaşıb.