featured-image-80100

Meksika millisinin yeni baş məşqçisinin adı açıqlanıb.

Msport.az xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu Rafael Markes yığmanın “sükanı” arxasına keçib.

47 yaşlı mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Markes DÇ-2026-da mübarizəni dayandırdıqdan sonra komandanı tərk edən Xavyer Aqirreni əvəzləyib, Qeyd edək ki, Markes Aqirrenin məşqçilər korpusunda yer alırdı.

“Barsa”nın B komandasında da işləyən Markes futbolçu karyerası ərzində “Atlas”, “Monpelye”, “Nyu York Red Bullz”, “Verona” kimi klublarda çıxış edib.

O, Meksika millisində 148 oyunda 18 qol vurub.

 

Bənzər xəbərlər