featured-image-79614

Meksika yığmasının qapıçısı Raul Ranhel DÇ-2026-nın qrup mərhələsinin 3 oyununda qol buraxmamaqla 56 illik rekordu təkrarlayıb.

Msport.az xəbər verir ki, 26 yaşlı qolkiper turnirin qrup mərhələsində CAR (2:0), Cənubi Koreya (1:0) və Çexiya (3:0) ilə görüşlərdə qapısını toxunulmaz saxlayıb.

Ranhel bununla da Meksika yığmasının sabiq qolkiperi İqnasio Kalderona məxsus rekordu təkrarlayıb.

Qeyd edək ki, Kalderon DÇ-1970-də SSRİ (0:0), Salvador (4:0) və Belçika (1:0) ilə matçlarda qol buraxmayıb.

Bənzər xəbərlər