featured-image-17144

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib.

Msport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 3-cü turunda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Matçın ilk üç partiyası norveçli şahmatçının qələbəsi ilə başa çatdığından sonuncu – 4-cü partiyaya gərək qalmayıb.

Hazırda 3 xalı olan Məmmədyarov turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Təcrübəli şahmatçı növbəti turda hindistanlı Ergaisi Arjun ilə üz-üzə gələcək.

Mükafat fondu 210 000 ABŞ dolları olan turnir noyabrın 20-də başa çatacaq.

Bənzər xəbərlər