Məmmədyarov Özbəkistanda 6-cı oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Daşkənddə keçirilən Rüstəm Kasımcanov kubokunda altıncı yeri tutub.
Msport.az xəbər verir ki, son oyun günündə daha dörd tur oynanılıb.
Şəhriyar 2004-cü il Dünya Kubokunun qalibi Rüstəm Kasımcanovla heç-heçə oynayıb, daha sonra Yorden Van Forest (Hollandiya) və Parham Maqsudlu (İran) ilə xalı yarı bölüb. Son oyununda isə o, Şəmsiddin Vohidovla (Özbəkistan) da heç-heçəyə razılaşıb.
Beləliklə, 9 turun yekunlarına görə, Məmmədyarov 4.5 xal toplayaraq 10 iştirakçı arasında altıncı olub. Turnirin qalibi Cavohir Sindarov olub. Özbəkistan yığmasının heyətində Olimpiya çempionu 6.5 xal toplayaraq Maqsudlu (6) və komanda yoldaşı Vohidovu (5) qabaqlayıb.