Məmmədyarovdan startda 2 qələbə, 2 məğlubiyyət
Daşkənddə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə Rüstəm Kasımcanovun kuboku start götürüb.
Msport.az xəbər verir ki, sürətli formatda keçirilən turnirin ilk günündə iştirakçılar beş oyun keçiriblər.
Şəhriyar ilk mərhələdə olimpiya çempionu Cahongir Vahidova qalib gəlib, daha sonra Özbəkistan yığmasının heyətində digər olimpiya çempionu Cavoxir Sindarova uduzub. Üçüncü turda Aleksandr Qrişukla (Rusiya) heç-heçə edən Şəhriyar daha sonra ev sahibi ölkənin digər təmsilçisi Nodirbek Yakubboyevə qalib gəlib. Məmmədyarov günün son turunda Özbəkistan millisinin lideri Nodirbek Abdusattorova uduzub.
Beləliklə, beş turdan sonra 2.5 xal toplayan Şəhriyar 6-cı pillədə qərarlaşıb.