featured-image-58607

“Oyuna ciddi hazırlaşırıq”.

Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Mirzə Əmirov Avropa çempionatının əsas mərhələsində Bakıda İsveç yığması ilə keçiriləcək oyundan əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Məşqlərimizi ciddi şəkildə davam etdiririk. Heyətdə olan təcrübəli futzalçılar gənclərə dəstək olurlar. Məqsəd Bakıdakı oyunda xalqımızı yaxşı nəticə ilə sevindirməkdir”.

Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan–İsveç görüşü saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər