Mərakeşli futbolçu Fransa ilə oyunu buraxacaq
Mərakeş millisinin hücumçusu İsmayıl Saybari DÇ-2026-nın 1/4 finalında Fransaya qarşı keçiriləcək oyunu buraxacaq.
Msport.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Məhəmməd Vahbi mətbuat konfransında açıqlayıb.
“Saybari hazır deyil, hələ tezdir. Ümid edirəm ki, növbəti oyuna qədər oynamağa hazır olacaq”, – deyə mütəxəssis bildirib.
25 yaşlı hücumçu 1/8 finalda Kanada ilə matçın əvvəlində zədələnmişdi.
Qeyd edək ki, Saybari bu dünya çempionatında keçirdiyi 5 oyunda 3 qol vurub. Fransa – Mərakeş qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







