Məşhur italiyalı hakim "Qarabağ"ın oyununda
“Qarabağ”ın UEFA Avropa Liqası II təsnifat mərhələsinin ÇSKA ilə keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, Bakıda keçirləcək oyunu italiyalı Daniele Kiffi idarə edəcək. Ona Covanni Baççini ilə Alessandro Lo Çiçero kömək edəcək.
Dördüncü hakim funksiyasını Daniele Perentsoni yerinə yetirəcək. VAR-da Valeryo Marini, AVAR-da isə Federiko La Penna işləyəcək.
Qeyd edək ki, “Qarabağ” – ÇSKA qarşılaşması iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun start fiti 20:00-da səslənəcək.







