Messi qələbəni Maradonaya həsr etdi
Argentina millisinin lideri Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qələbəni (2:1) Dieqo Maradonaya həsr edib.
Msport.az xəbər verir ki, cənubi amerikalılar 0:1 geridə olduqları matçda geridönüş edərək qələbə qazanıblar:
“Mən əminəm ki, Dieqonun ruhu göylərdə çox razı qaldı. Bu qələbə onun üçündür. Bizim bəxtimiz gətirib ki, Maradona ilə bir zamanda yaşamışıq. Mən heç özümü onunla müqayisə etmək istəməmişəm. Bilirəm ki, o məni çox sevirdi”.







