featured-image-62076

“İnter Mayami” KONKAKAF Çempionlar Liqasında 1/8 finala adlayıb.

Msport.az xəbər verir ki, Mayami klubu 1/16 final mərhələsinin cavab oyununda  “Sportinq Kanzas-Siti”ni üstələyib.

Qarşılaşma “İnter Mayami”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 19-cu dəqiqədə Lionel Messi açıb. İlk görüşdə də 1:0 hesablı qələbə qazanan “İnter Mayami” mərhələ adlayıb.

“İnter Mayami”nin 1/8 finaldakı rəqibi Yamayka klubu “Kavalier” olacaq. Komandalar arasında oyunlar martın 6-da və 13-də keçiriləcək.

Bənzər xəbərlər