featured-image-79631

Braziliya millisinin üzvü Neymar və Argentina yığmasının lideri Lionel Messi Venesuelada zəlzələdən zərər çəkənlərə böyük məbləğdə ianə ediblər.

Msport.az xəbər verir ki, Neymar xilasetmə və humanitar əməliyyatlara dəstək üçün 250 min dollar ödəyib.

Bu yardım sayəsində minlərlə ailə qida, içməli su, dərman və müvəqqəti yaşayış yeri ilə təmin ediləcək.

Messinin ailəsi də kənarda qalmayıb. “İnter Mayami”nin futbolçusundan başqa, həyat yoldaşı Antonella ictimai şəkildə yardım kampaniyasına başlayıb. Bu kampaniya müddətində artıq 5,4 milyon  dollar toplanıb.

Qeyd edək ki, təbii fəlakət nəticəsində 1450-dən çox insan ölüb, 3100-dən çox yaralı isə hazırda xəstəxanadadır.

Bənzər xəbərlər