Messinin dublu qələbə gətirdi - VİDEO
Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Msport.az xəbər verir ki, komanda səfərdə “Orlando” ilə qarşılaşıb.
6 qolun vurulduğu görüş “İnter Mayami”nin qələbəsi ilə başa çatıb – 4:2. Messi bu görüşdə dubl edib.
“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni transfer edən “Kolambus Kryu” da mövsümün 2-ci matçında çıxıb. Sözügedən komanda “Sportinq Kanzas”la heç-heçə edib – 2:2. Nəriman Axundzadə viza ala bilmədiyi üçün hələlik yeni klubunun düşərgəsinə qoşula bilməyib.
Qeyd edək ki, “İnter Mayami” 2 turdan sonra 3 xalla 7-ci, “Kolambus Kryu” 1 xalla 8-ci sıradadır.







