Messinin “İnter Mayami”yə xeyri – Rekord gəlir
Lionel Messinin 2023-cü ilin yayında ABŞ-nin “İnter Mayami” klubuna keçidindən sonra komandanın maliyyə göstəriciləri rekord səviyyəyə çatıb.
Msport.az xəbər verir ki, 2022-ci ildə klubun gəliri 56 milyon dollar idisə, ötən mövsüm bu rəqəm 200 milyon dollara qədər yüksəlib.
Ekspertlər bu artımı yalnız Messi transferi ilə izah edirlər. Onun keçidi azarkeş marağını, bilet satışlarını və televiziya yayımlarından gəlirləri əhəmiyyətli dərəcədə artırıb.
“İnter Mayami”nin hazırkı bazar dəyəri 1,35 milyard dollar təşkil edir və bu, kluba MLS-in ən bahalı komandası statusunu gətirib.







